Bakıda yaşıllıq zolağının zəbt olunub kafeyə çevrilməsinin qarşısı alındı – FOTO

Cəmiyyət


Xətai rayonu, Sarayevo küçəsində, yolun ortasındakı yaşıllıq zolağında kafe tikilməsi planlaşdırılıb.

Bu barədə ötən gün sosial şəbəkələrdə məlumat yayılıb. 

Ərazidəki vətəndaşlar bildiriblər ki, bütün yaşıllıq zolağı zəbt edilib, ağacları kəsir, diqqət çəkməmək üçün tikinti işini gecələr icra edirlər. 

Məsələ barədə Xətai Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.

İH-in İctimai-siyasi və Humanitar Məsələlər Şöbəsinin müdiri Pənah İmanov resmixeber.az-ın sorğusuna cavab olaraq bildirib ki, dünən gecə artıq tikili sökülüb:

“Saytınızdan daxil olan sorğudan sonra Bakı Şəhər İcra Hakimiyyətinin müdaxiləsi nəticəsində Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə ərazidəki qanunsuz tikili sökülüb və əvvəlki vəziyyətinə qaytarılıb”.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir