Rusiya millisinin sabiq futbolçusu Ukraynada müharibəyə yollanıb

Dünya


Keçmiş futbolçu Andrey Solomatin “Espanyol” batalyonu ilə müqavilə imzalayıb və Baxmut yaxınlığında döyüşlərə qatılıb. Onun videomüraciəti sosial şəbəkədə yayımlanıb.

“Espanyol” müxtəlif futbol klublarının azarkeşlərindən yaradılmış könüllü hərbi birlikdir.

Məlumata görə, idmançı əvvəlcə cəbhəyə yardım aparıb, daha sonra isə orada qalmaq qərarına gəlib.

Qeyd edək ki, Solomatinin 47 yaşı var. O, Rusiya millisində 13 oyun keçirib və 1 qol vurub. Futbolçu klub səviyyəsində Moskvanın “Torpedo”, “Lokomotiv” və MOİK kimi komandalarında çıxış edib. Solomatinin Rusiya millisinin heyətində 2002-ci il dünya çempionatında iştirak edib. O, Rusiya çempionu (2002) və ölkə kubokunun beşqat qalibidir (1996, 1997, 2000, 2001, 2002).

Mənbə: fontanka.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir