Bərdədə idarəetmədən çıxan avtomobil ağaca çırpıldı: Xəsarət alan var – FOTO

Cəmiyyət


Bərdə rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“resmixeber.az”un xəbərinə görə, hadisə Bərdə-Tərtər yolunun Bərdənin Zümürxan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Renault” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Avtomobil yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir