Bu gün şagird yerdəyişməsinə start verilir

Cəmiyyət


Bu gündən 2023-2024-cü tədris ili üzrə şagird yerdəyişməsinə start verilir.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yerdəyişmə proses sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

Yerdəyişmə II-IX və XI siniflər üçün avqustun 7-si saat 15:00, X siniflər üçün isə avqustun 14-ü saat 15:00-dan aktivləşdiriləcək.

Valideynlər üçün elektron sistemdə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi avqustun 31-i saat 18:00-a qədər davam edəcək. Onlar sentyabrın 5-i saat 15:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, aşağıda adları qeyd olunmuş ümumi təhsil müəssisələrinin II-IX siniflərində yaranmış vakant yerlərə şagird yerdəyişməsi imtahanla aparılır. İmtahana qeydiyyat sy.edu.az elektron sistemi vasitəsilə aparılacaq. Qeydiyyat avqustun 7-si saat 15:00-dan avqustun 14-ü saat 18:00-a qədər aktiv olacaq. İmtahanlar ibtidai siniflər üzrə avqustun 17-si, V-IX siniflər üzrə isə avqustun 18-i tarixində keçiriləcək.

İmtahanla yerdəyişmə aparılan ümumi təhsil müəssisələrinin siyahısı:

– Heydər Əliyev adına lisey

– T.İsmayılov adına 6 nömrəli məktəb-lisey

– 132-134 nömrəli təhsil kompleksi

– T.Həsənov adına 23 nömrəli tam orta məktəb

– İlyas Əfəndiyev adına Elitar gimnaziya

– İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi

– Zəngi liseyi

– Bakı Avropa Liseyi

– “Ankara məktəbi” məktəb-lisey

– Bakı Slavyan Universitetinin nəzdində məktəb-lisey kompleksi

– Bülbül adına orta ixtisas musiqi məktəbi

– Humanitar fənlər təmayüllü məktəb-lisey.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir