Bərdədə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Kriminal


Bərdədə keçirilən əməliyyat zamanı külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Bakı şəhər sakini İlqar Cavadov əvvəlcədən əlbir olduğu Məhəmməd adlı şəxslə birlikdə Bərdə rayonuna gələrək onlara deyilən ərazidən narkotik vasitə olan 8 kiloqrama yaxın marixuananı götürüblər. Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatla İlqar Cavadov saxlanılıb. O, narkotik vasitəni onlayn yolla tanımadığı İran vətəndaşı vasitəsi ilə əldə etdiyini bildirib. Əməliyyatın davamı olaraq onun əlbir olduğu Məhəmməd Abdullayev də Bakı şəhərində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir