İkinci əl avtomobil bazarında qiymətlər azalıb – FOTO

Cəmiyyət


“Hazırda mövsümlə əlaqədar Azərbaycanın ikinci əl avtomobil bazarında aktivlik azalıb. Adətən, hər il iyul ayının ortalarına qədər bazarda fəallıq olur, amma həmin vaxtdan avqustun 20-nə qədər aktivlik ciddi şəkildə azalır”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.

Ekspert bazarda köhnə avtomobillərin qiymətinin sonuncu dəfə aprel və may aylarında artdığını diqqətə çatdırıb.

Onun sözlərinə görə, hazırda qiymətlər stabildir:

“Hətta qiymətlər fevral-mart aylarındakı səviyyəsinə düşüb. Bahalaşma, əsasən, ölkəyə yeni daxil olan avtomobillərdə müşahidə olunur. Avqustun ortalarından etibarən qiymətlərin üç faizə qədər artacağı gözlənilir ki, bu da daxili bazarla əlaqədardır. Belə ki, avtomobil sənayeçiləri ehtiyat hissələrinin və daşınma xidmətlərinin bahalaşması ilə əlaqədar olaraq, qiymətləri qaldırırlar”.

E.Cəfərov qeyd edib ki, “Utilizasiya haqqında” Qanun qəbul olunduqdan sonra ikinci əl avtomobillərin qiyməti sabit saxlanılacaq:

“İstehsal ili bir qədər köhnə olan, yəni 1980-ci illərin avtomobillərində kəskin ucuzlaşma ola bilər”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir