Rasim Balayev: “O olmasın, bu olsun” filmində böyük aktyor oyunları var idi”

Mədəniyyət


“O olmasın, bu olsun” filmində böyük aktyor oyunları var idi”.

resmixeber.az xəbər verir ki, bu sözləri Azərbaycan kinosunun 125 illiyi və “Azərbaycanfilm” kinostudiyasının 100 illiyinə həsr olunan Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı tədbirində jurnalistlərə açıqlamasında Xalq artisti Rasim Balayev deyib.

O qeyd edib ki, filmdəki aktyorlar o qədər canlı oynayırdılar ki, onları real bilib:

“Mən 7-ci sinifdə oxuyanda “O olmasın, bu olsun” filminə baxdım. Fillmdə gözəl obrazlar var idi. Onlar o qədər canlı oynayırdılar ki, hər birini real bilirdim. Aktyor kimi görmürdüm. Həmin filmlərə, yalan olmasın, 100 dəfə baxmışam. Orada böyük aktyor oyunları, ayrı-ayrı tiplər var. Həmin film mənim çox xoşuma gəlir”.

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir