İdarəetməni itirən sürücü qəzaya səbəb oldu: Xəsarət alan var – VİDEO

Cəmiyyət


Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza bu gün səhər saatlarında qeydə alınıb.

Görüntüdən məlum olduğu kimi, 59-BX-189 dövlət nömrə nişanlı, VAZ 2106 markalı avtomobil hərəkət zolağından çıxaraq yolun kənarına düşüb.

Qəzanın baş verməsinə səbəb yüksək sürət həddinin olduğu iddia edilib.

Belə ki, yüksək sürətlə avtomobili idarə edən sürücü qəflətən sükanı buraxıb. Nəticədə qəza baş verib, avtomobil yararsız vəziyyətə düşüb. Sürücü isə yüngül bədən xəsarətləri alıb. 

Qeyd edək ki, hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir