Bakıda qeyri-ixtisas təhsilli tərbiyəçilərin əməkhaqqılarının ödəniş dərəcəsi bərpa edilib

Cəmiyyət


Məktəbəqədər təhsil müəssisələrinin ali təhsili qeyri-ixtisas olan tərbiyəçi-müəllimlərinin ödəniş dərəcələrinin azalması ilə əlaqədar müraciətlərinə baxılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, daxil olmuş müraciətlər araşdırılaraq həmin tərbiyəçilərin əməkhaqqılarının ödəniş dərəcəsi bərpa edilib və onlar əvvəlki qaydada əməkhaqqı almaqda davam edirlər.

Bununla yanaşı, növbəti mərhələdə müvafiq tərbiyəçi-müəllimlərin əməyinin ödəniş dərəcəsinin “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun, “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın, əmək qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir