“Arsenal” ispaniyalı futbolçu ilə anlaşdı

Dünya


İngiltərənin “Arsenal” klubu heyətini yeni qapıçı ilə gücləndirməyə hazırlaşır.

Məşhur insayder Fabritsio Romanonun yaydığı məlumata görə, “topçular” ispaniyalı qolkiper David Raya ilə anlaşıblar. Tərəflər şifahi olaraq uzunmüddətli müqaviləni razılaşdırıblar. 27 yaşlı qolkiper “Brentford”u bununla bağlı məlumatlandırıb.

İspaniya millisinin üzvü 2019-cu ildə “Blekbern”dən hazırkı komandasına keçib. “Transfermarkt”a görə, 30 milyon avro dəyəri olan qolkiperin “Brentford”la gələn ilin yayına qədər müqaviləsi var.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir