Qıza görə dava bıçaqlanma ilə bitdi

Cəmiyyət


Qax rayonunda qıza görə dava düşüb.

resmixeber.az-ın məlumatına görə, Orxan Qəhrəmanov və Ruslan Ramazanov dalaşıblar.

Nəticədə R.Ramazanov O.Qəhrəmanovu bıçaqlayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan saytımıza verilən məlumata görə, Qax rayon sakini, 2002-ci il təvəllüdlü Orxan Qəhrəmanovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub:

“O.Qəhrəmanova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Ruslan Ramazanov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır”.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir