Dövlət Xidməti 1,5 milyona yaxın elektron məktubu blok edib

Cəmiyyət


Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumları üçün yaradılmış dövlət elektron poçt xidmətində 1-ci yarımil ərzində ümumilikdə 16 milyon 993 min elektron məktub emal edilib.

Dövlət Xidmətinin məlumatına əsasən, onlardan 15 milyon 577 mini istifadəçilərə çatdırılıb, 1 milyon 416 mini zərərli tərkibli olması səbəbi ilə blok edilib.

Hazırda xüsusi mühafizə avadanlıqları ilə təmin olunmuş elektron poçt xidmətindən 505 domen adı ilə dövlət qurumlarının 30 000 əməkdaşı istifadə edir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir