İntim görüntüləri yayılan iranlı məmur işdən kənarlaşdırıldı

Dünya


İranın Gilan vilayətinin islam mədəniyyəti departamentinin rəhbəri Reza Sekati (o həmçinin hicab taxmaq qaydalarına riayət olunmasına nəzarət edən məsul şəxsdir) internetə intim görüntülərinin yayılması ilə əlaqədar olaraq işdən kənarlaşdırılıb.

Onun məlum məsələ ilə bağlı təhqiqat sona çatanadək öz səlahiyyətlərindən məhrum edildiyi bildirilib.

Xatırladaq ki, bir müddət öncə sosial şəbəkələrdə yayılan görüntülərdə Reza Sekatinin bir gənclə cinsi əlaqədə olduğu öz əksini tapıb. Videodakı digər şəxsin kimliyi müəyyən edilməyib.

Qeyd olunur ki, departament rəhbəri evlidir, üç qızı var.

Mənbə: BBC

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir