Ödənişli ixtisaslara qəbul olunmuş neçə nəfərin təhsil xərclərini dövlət ödəyir? – FOTO

Cəmiyyət


Ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş, eləcə də əlilliyi müəyyən edilmiş vətəndaşlarımızın ödənişli təhsil alan övladlarının təhsil xərcləri dövlət büdcəsi hesabına ödənilir.

Elm və Təhsil Nazirliyindən resmixeber.az-a verilən məlumata görə, hazırda ödənişli ixtisaslara qəbul olunmuş ümumilikdə 2 465 nəfərin təhsil xərclərini dövlət qarşılayır.

Ali təhsil müəssisələrində (tibb müəssisələri də daxil) təhsil alan 1 863 tələbənin təhsil xərcləri dövlət büdcəsi hesabına ödənilir.

Orta ixtisas təhsili müəssisələrində ödənişli oxuyan 577, peşə təhsili müəssisələrində isə 25 tələbənin təhsil xərcləri dövlət hesabına təmin olunur.  

Aysel Aslan 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir