Putin Ukrayna ilə müharibə barədə: “Sülh yolu ilə həll variantını nəzərdən keçirməkdən yayınmırıq”

Dünya


RF Prezidenti Vladimir Putin Rusiya-Afrika sammitində iştirak edən ölkələrin liderləri və siyasətçiləri ilə Ukrayna münaqişəsini müzakirə etməyə hazır olduğunu bildirib.

“Rusiya Ukraynadakı xüsusi əməliyyatın sülh yolu ilə həlli variantını nəzərdən keçirməkdən yayınmır”, – deyə Putin bildirib və əlavə edib ki, Moskva münaqişənin həlli ilə bağlı Afrika təşəbbüslərinə hörmətlə yanaşır.

Putinin mətbuat katibi Dmitri Peskov isə onun bu sözlərini şərh edərkən vurğulayıb ki, Rusiya Ukrayna üzrə nizamlanmaya açıq olaraq qalır:

“Lakin Kiyev kifayət qədər çətin vəziyyətdə olmasına baxmayaraq, təklifi rədd edir”.

Mənbə: Ura.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir