Millimizin futbolçusu meydana çıxdıqdan dörd dəqiqə sonra “Atletiko”ya qol vurdu – VİDEO

Dünya


Futbol üzrə Azərbaycan millisinin üzvü Anton Krivotsyuk İspaniyanın “Atletiko” (Madrid) klubuna qol vurub.

resmixeber.az xəbər verir ki, Cənubi Koreyanın “Daejon” klubunda çıxış edən 24 yaşlı müdafiəçi Koreya Liqasının ulduzlar komandasının heyətində “hindular”a qarşı yoldaşlıq oyununda fərqlənib.

Matça ehtiyat oyunçular skamyasında başlayan Krivotsyuk 46-cı dəqiqədə meydana buraxılıb. O, dörd dəqiqə sonra – 50-ci dəqiqədə fərqlənərək hesabı bərabərləşdirib – 1:1.

Görüş isə Cənubi Koreya çempionatının ulduzlar yığmasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir