Gəncədə 20 yaşlı gənc bıçaqlanıb

Cəmiyyət


Gəncədə 20 yaşlı gənc bıçaqlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

O bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2003-cü il təvəllüdlü S.Nəsibovun bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Nəsibova bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri – 2003-cü il təvəllüdlü D.Xəlilov və 2004-cü il təvəllüdlü M.Orucov – saxlanılaraq istintaqa təhvil veriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir