Dağda meyiti tapılan Hollivud ulduzunun ölüm səbəbi ekspertləri çaş-baş qoyub – FOTO

DIN


Kaliforniyadakı San Qabriel dağlarında itdikdən altı ay sonra meyiti tapılan Hollivud ulduzu Culian Sendsin ölüm səbəbi müəyyən olunmamış sayılıb.

Bu barədə jurnalistlərə San Bernardino dairəsinin Polis Departamentinin ictimai məlumat üzrə məsul əməkdaşı Mara Rodrigez məlumat verib.

O, koroner (qeyri-adi şəraitdə və ya qəfil baş verən ölümləri xüsusi olaraq araşdıran və ölümün səbəbini birbaşa müəyyən edən məmur) istintaqı zamanı ölüm səbəbinin dəqiq müəyyən edilə bilinmədiyini vurğulayıb.

Hüquq-mühafizə orqanının nümayəndəsi əlavə edib ki, bu tipli işlərə baxılarkən belə nəticələrə gəlinə bilər.

Beləliklə, onun bədbəxt hadisə nəticəsində öldüyü qərarı verilib.

Xatırladaq ki, yanvarın 13-də britaniyalı aktyorun ailəsi onun Los-Anceles yaxınlığındakı dağda gəzintiyə çıxdıqdan sonra itkin düşdüyünü bildirib. 65 yaşlı aktyorun xüsusilə çətin hava şəraitində keçən axtarışı üçün helikopter və pilotsuz uçuş aparatlarından da istifadə edilib.

İyun ayında San Bernardino polisi 500 saat ərzində səkkiz raund axtarış apardıqlarını bildirib. Bundan bir həftə sonra isə Kaliforniya dağlarında gəzintiyə çıxan turistlər Baldi zirvəsi yaxınlığında Sendsin yoxa çıxdığı ərazidə insan qalıqları tapıblar. DNT analizi qalıqların “Warlock”, “A Room with a View”, “Leaving Las Vegas”, “Ocean’s Thirteen” kimi filmləri və “24”, “Dexter”, “Gotham” kimi seriallardakı rolları ilə sevilən Culian Sendsə aid olduğunu təsdiqləyib.

Mənbə: The Hollywood reporter

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir