Bakıda beşmərtəbəli binanın damına bərkidilən ötürücü dirək qırıldı – VİDEO

Cəmiyyət


Bakıda beşmərtəbəli binanın damına bərkidilən ötürücü dirək qırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının damına bərkidilən ötürücü dirəyinin qırılaraq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Sakinlərin və ərazidən keçən vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri qeyd olunan ünvana cəlb olunub.

Xilasedicilər dirəyi müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir