Tayvanda hərbi bazada partlayış olub, yaralananlar var

Dünya


Tayvanın şimal-şərqində hərbi bazada baş verən partlayış nəticəsində ən azı doqquz nəfər yaralanıb.

Məlumata görə, yaralılar xəstəxanaya yerləşdiriliblər. Zərərçəkənlərdən ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, insident yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 11:00-da – red.) Cilonq şəhəri yaxınlığındakı Syanfenq hərbi bazasında baş verib.

Hərbi bazanın arsenalında döyüş sursatı yoxlanılarkən 120 millimetrlik minaatan mərmisi partlayıb. Partlayışın səbəblərini müəyyən etmək üçün xüsusi komissiya yaradılıb.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir