Gözündən əməliyyat olan iki yaşlı Asifin yardımınıza ehtiyacı var: “Müalicəsi üçün 500 manat lazımdır” – FOTO

Cəmiyyət


İki yaşlı Asifin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə resmixeber.az-a onun anası Yeganə Qazıyeva məlumat verib.

O bildirib ki, övladı bir neçə ay öncə göz əməliyyatı olunub.

“Mənə deyirdilər ki, bu uşağın göz bəbəkləri irəli gəlib. Mən isə düşünürdüm ki, hələ çox balacadır. Ola bilsin zamanla dəyişəcək. Lakin həkimə apardığım zaman məlum oldu ki, Asifin gözləri cəmi 1 faiz görür. İki özəl, bir dövlət xəstəxanasında müayinə etdirdim. Cavab isə eyni oldu: təcili əməliyyat edilməlidir. Yardımsevər şəxslərin və sizin oxucuların sayəsində övladım əməliyyat olunaraq gözünə linza qoyuldu. Artıq onun gözləri 30%-ə yaxın görür. Amma müalicələri davam etməlidir, bunun üçün isə imkanımız yoxdur. Müalicə üçün hazırda 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizi yarıyolda qoymamalarını xahiş edirəm”

Ailə ilə əlaqə: (055) 794-45-18

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir