İran istehsalı “Shahed”lərdəki detal İrlandiya hökumətini hərəkətə gətirdi – FOTO

Dünya


İrlandiya iyulun 18-nə keçən gecə Rusiyanın Nikolayevə hücumu üçün istifadə etdiyi “Shahed” kamikadze pilotsuz uçan aparatında (PUA) İrlandiya istehsalı olan detalların necə peyda olduğunu araşdırır.

Bu barədə İrlandiyanın baş naziri Leo Varadkar bəyan edib.

“Bu pilotsuz təyyarənin vurulmasından xəbərimiz var. Biz buna uyğun olaraq araşdırma aparırıq. Biz heç bir İrlandiya şirkətinin sanksiyaları poza biləcəyinə inanmırıq. Ola bilsin ki, hansısa üçüncü tərəf sanksiyaları pozub. Biz buna çox ciddi yanaşırıq”, – deyə Varadkar bildirib.

Baş nazir vurğulayıb ki, hərbi neytrallığa baxmayaraq, İrlandiya siyasi cəhətdən neytral deyil və müstəqillik və ərazinin bərpası uğrunda mübarizədə Ukraynanı tam dəstəkləyir.

Mənbə: RBK

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir