İsmayıllıda vəzifəli şəxs tullantılara görə inzibati məsuliyyətə cəlb edilib – FOTO

Kriminal


Sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması, ətraf mühitin mühafizəsinin təmini məqsədilə İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən növbəti tədbir keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki qrupu məlumat yayıb.

Bildirilib ki, keçirilən nəzarət tədbiri zamanı rayonun Keyvəndi kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

Aşkarlanan faktla bağlı həmin kəndin bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub və o, inzibati məsuliyyətə cəlb edilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir