Gəncədə küçə itləri yaşlı qadına xəsarətlər yetiriblər

Cəmiyyət


Gəncədə 71 yaşlı qadın bazar ərazisində küçə itlərinin hücumuna məruz qalıb.

“resmixeber.az”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində yerləşən yarmarka ərazisində qeydə alınıb.

Belə ki, bir neçə küçə itinin hücumuna məruz qalan Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Sədaqət Həsən qızı Xəlilova itlərin dişləməsi nəticəsində müxtəlif bədən xəsarətləri alıb.

Zərərçəkmiş xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir