İranda qum fırtınası nəticəsində 500-ə yaxın insan xəsarət alıb – FOTO

Dünya


İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində qum fırtınası nəticəsində bir gündə ən azı 474 nəfər xəsarət alıb.

Bu barədə əyalətin böhran idarəsinin baş direktoru Məcid Mohebi məlumat verib.

M.Mohebi qeyd edib ki, xəstəxanalara müraciət edən hər bir şəxsə zəruri yardım göstərilib.

“Hazırda qum fırtınasından zərər çəkmiş 30 nəfər hələ də xəstəxanada müalicə alır”, – idarənin baş direktoru bildirib.

Mənbə: IRNA

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir