Ağcabədidə yerin təkindən qanunsuz istifadə halı aşkarlanıb – FOTO

Cəmiyyət


Ağcabədidə yerin təkindən qanunsuz istifadə halı aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə hallarının, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının qarşısının alınmasının təmin edilməsi məqsədilə birgə tədbir keçirilib.

Keçirilən tədbir zamanı qeyri-qanuni qum-çınqıl daşınmasını təşkil edən bir nəfər müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 243-cü (Yerin təkindən istifadə qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir