Azərbaycan və ICCIA nümayəndələri iqtisadi-ticari əlaqələrin genişləndirilməsini müzakirə ediblər – FOTO

Dünya


Azərbaycan və İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasına (ICCIA) üzv ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi müzakirə edilib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.

“İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının prezidenti Abdullah Saleh Kamel ilə ICCIA-nın Direktorlar Şurasının 35-ci iclasının Bakıda keçirilməsinin əhəmiyyətini vurğuladıq. Təşkilatla ölkəmizin səmərəli əməkdaşlığı və üzv ölkələrlə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi apardıq”, – nazir qeyd edib.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir