Göyçayda avtomobil piyadanı vurub.
resmixeber.az xəbər verir ki, hadisə nəticəsində dünən saat 21 radələrində Sahib Əhmədov idarə etdiyi VAZ-2106 markalı avtomobil ilə Göyçay şəhəri Nizami küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1951-ci il təvəllüdlü Səfayə Abışovanı vurub.
Piyadanın vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
www.RESMIXEBER.az