
Bakı. Trend:
İran tərəfi qəza nəticəsində həyatını itirən Azərbaycan
konsulunun ailəsinə başsağlığı verir.
Trend-in
məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi
İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında
deyib.
Onun sözlərinə görə, azərbaycanlı diplomatın meyitinin
Azərbaycana aparılması və bu təəssüfləndirici hadisə ilə əlaqədar
İran Xarici İşlər Nazirliyinin konsulluq idarəsi Azərbaycanın
İrandakı səfirliyi ilə təmasdadır.
Qeyd edək ki, 23 mayda Azərbaycanın İranın Təbriz şəhərindəki
Baş Konsulluğunun konsulu vəzifəsində çalışan Ramil Rza oğlu
İmranov Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi
yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi
avtomobillə düşdüyü qəza nəticəsində həlak olub.

