Xaçmaz-Xudat yolunda zəncirvari qəza: Avtomobillərdən biri marketə çırpıldı – VİDEO

Cəmiyyət


Gecə saatlarında Xaçmaz-Xudat yolunda zəncirvari qəza olub. 

resmixeber.az xəbər verir ki, qəzanın görüntüləri sosial şəbəkədə paylaşılıb. 

Yol-nəqliyyat hadisəsi zamanı VAZ-2109, VAZ-2107, QAZ-3110 və KIA markalı avtomobillər toqquşublar.

Zərbənin təsirindən VAZ-2107 yol kənarındakı marketə çırpılıb. 

Qəza zamanı ölən və ya xəsarət alanlarla bağlı məlumat yoxdur. Avtomobillərə və obyektə ciddi maddi ziyan dəyib. 

Hadisənin görüntülərini təqdim edirik:

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir