Goranboyda qanunsuz ov silahları müsadirə edilib

Cəmiyyət


Goranboyda qanunsuz ov silahları müsadirə edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirirlər.

Keçirilən müvafiq tədbirlər nəticəsində 4 sakindən müvafiq sənədləri olmayan, müxtəlif markalı və kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb. Silah sahibləri ilə profilaktiki söhbət aparılıb, barələrində inzibati tədbir görülüb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir