FHN-dən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT

Cəmiyyət


Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

FHN-dən verilən xəbərə görə, müraciətdə deyilir:

“Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün və sabah Bakı şəhəri və Abşeron yarımadasında külək əsəcəyi, arabir güclənəcəyi gözlənilir.

Yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq nazirlik küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladır.

Həmçinin, güclü külək baş verən yanğınların söndürülməsi əməliyyatını çətinləşdirdiyindən küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir