ABŞ-də kişi yoldan keçənlərə atəş açıb, 1 nəfər ölüb, 3 nəfər yaralanıb – FOTO

Dünya


ABŞ-ın Nyu-York şəhərində atışma nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, silahlı şəxs nömrələri olmayan skuterlə hərəkət edib. O, Kuins və Bruklində beş fərqli yerdə atəş açıb.

Atışma nəticəsində 87 yaşlı kişi ölüb. 21 və 63 yaşlı zərərçəkənlərin çiynindən, 44 yaşlı digərinin isə yanağından yaralandığı məlum olub.

Atəş açan şəxs saxlanılıb. Polis onun 25 yaşında olduğunu və silah gəzdirdiyini bildirib. Hücumların motivi məlum deyil. Ehtimal edilir ki, onun konkret hədəfi olmayıb.

Mənbə: CNN

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir