MM-in komitə sədri: “Səhiyyə sahəsindəki əməkdaşlıq Azərbaycan və Türkiyə əhalisinin sağlamlığına dəstəkdir”

Cəmiyyət


“Səhiyyə sahəsindəki əməkdaşlıq Azərbaycan və Türkiyə əhalisinin sağlamlığına və insan kapitalımızın inkişafına dəstəkdir”.

“resmixeber.az” xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Rəşad Mahmudov “Ürək-damar xəstəliklərinin müasir aspektləri” adlı elmi-praktik konfransdakı çıxışı zamanı deyib.

O qeyd edib ki, “Bayraktar Sağlıq Turizm Şirkəti”nin Azərbaycana gəlməsi qardaşlığımıza daha bir dəstəkdir:

“Müharibədən sonra müzəffərliyimizin verdiyi güclə ölkədə yeni islahatlar həyata keçirilir. Sözsüz ki, sözügedən islahatlar tibb sahəsində də aparılır”.

“Bu baxımdan iki qardaş ölkənin səhiyyə sahəsində də birgə fəaliyyəti ölkələrimizin bu sahədəki inkişafına stimul verəcək”, – R.Mahmudov vurğulayıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir