XİN rəsmisindən Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı paylaşım – FOTO

Dünya


“Beynəlxalq Ədalət Məhkəməsinin qərarı Azərbaycanın öz sərhədlərinə nəzarət etmək hüququnu yekdilliklə təsdiq etdi”.

Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə “Twitter” hesabında paylaşım edib.

“Beynəlxalq Ədalət Məhkəməsinin qərarı Azərbaycanın öz sərhədlərinə nəzarət etmək hüququnu yekdilliklə təsdiq etdi və Ermənistanın “Laçın” Sərhəd-Buraxılış Məntəqəsinin ləğv edilməsi ilə bağlı tələbini rədd etdi”, – deyə Ayxan Hacızadə paylaşımda qeyd edib.

“Ermənistan tərəfinin son qərarla bağlı verdiyi yanlış şərhlər ümidsiz cəhddən başqa bir şey deyil”, – deyə o vurğulayıb.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir