“Linkoln”un futbolçusu: “Qarabağ”ı ilk dəqiqələrdən narahat etməyə çalışacağıq”

Dünya


Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Cəbəllütariqin “Linkol” klubunun qapıçısı Nauzet Qarsiya Santana Azərbaycan təmsilçisinə qarşı matç barədə fikirlərini bildirib.

Klubun rəsmi saytına danışan ispaniyalı qolkiper “Qarabağ”ın güclü komanda olduğunu söyləyib:

“Püşkatmada bizə çətin rəqib düşdü. “Qarabağ” son illərdə Avropada çox yaxşı nəticələr göstərib. Amma futbolda hər şey ola bilər. Çalışacağıq ki, rəqibi elə ilk dəqiqədən narahat edək. Səbirsizliklə çərşənbə axşamını gözləyirik”.

Qeyd edək ki, komandalar arasında ilk oyun iyulun 11-də Cəbəllütariqin “Viktoriya” stadionunda keçiriləcək və Bakı vaxtı ilə 19:30-da start götürəcək.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir