Qazaxıstan XİN başçısının müavini: “Azərbaycan QH-yə uğurlu sədrlik nümunəsi göstərib”

Siyasət


“Azərbaycan Qoşulmama Hərəkatına uğurlu sədrlik nümunəsi nümayiş etdirib”.

“resmixeber.az” xəbər verir ki, bunu Qazaxıstan xarici işlər nazirinin birinci müavini Kayrat Umarov Bakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Əlaqələndirmə Bürosunun Nazirlər Toplantısında çıxışı zamanı deyib.

“Bandunq prinsipləri təhlükəsizliyin və əməkdaşlığın təmin edilməsi üçün əsas rolunu oynayır”, – Umarov bildirib.

O, Qazaxıstanın BMT-dəki fəaliyyətindən və ölkənin bütün dünyada nüvə enerjisindən səmərəli istifadəyə dair təşəbbüslərindən danışıb, eyni zamanda Qazaxıstanın nüvə enerjisindən dinc məqsədlərlə istifadəsinə sadiq qaldığını bildirib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir