Motosiklet və moped sürücülərinin qayda pozuntuları və törətdikləri qəzalar – ANBAAN VİDEO

Cəmiyyət


Motosiklet və moped idarə edən şəxslərin yollarda etdiyi qayda pozuntuları və törətdikləri  qəzaların görüntüləri yayılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumata görə, motosiklet və moped idarə edən bəzi şəxslər əsasən işıqforun qırmızı işığından keçməklə yanaşı, əks istiqamətdə hərəkət etmə, manevr etmə qaydalarını və nişanlanma xətlərinin tələblərini pozmaqla yollarda təhlükəli vəziyyət yaradırlar:

“Yol mənimdir, istədiyim kimi hərəkət edərəm” fikri ilə yollarda sürücülərə qəza şəraiti, piyadalara isə təhlükəli vəziyyət yaradan belə şəxslər “Yol hərəkəti haqqında” Qanunun tələblərini kobud şəkildə pozurlar. 

Müşahidə kameralarının qeydə aldığı görüntülərdən o da aydın olub ki, qaydalara əməl etməyənlər daha çox kuryer xidməti göstərənlərdir. Onların bağlamaları sürətli çatdırmaq istəyi çox vaxtlarda qayda pozuntusuna və yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Təbii ki, qayda pozuntuları diqqətdən kənar qalmır”. 

Qeyd edək ki, cari ilin 5 ayı ərzində paytaxt da daxil olmaqla respublika yollarında qaydaları pozan 109 motosiklet, 918 moped, ötən ildə isə 270 motosiklet, 2 491 moped idarə edən şəxs barəsində inzibati cərimə tətbiq edilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir