Şagird sayı 500-dən çox olan məktəblərə direktorların işə qəbulu üzrə imtahan keçiriləcək – FOTO

Cəmiyyət


“İyulun 6-da 500-dən çox şagirdi olan məktəblərə direktorların işə qəbulu üzrə test imtahanı mərhələsi keçiriləcək”.

resmixeber.az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

O qeyd edib ki, test mərhələsindən uğurla keçən şəxslər müsahibəyə buraxılacaqlar:

“Hazırda məktəb direktorları üzrə ümumilikdə 400-dən çox vakant yer var”.

E.Bağırov əlavə edib ki, indiyə kimi 2 000-ə yaxın namizəd vəzifəyə təyin edilib.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir