Bakıda iki küçənin kəsişməsində işıqlandırma və işıqfor yoxdur – FOTO

Cəmiyyət


Nəsimi rayonunda iki küçənin kəsişməsində işıqlandırma və işıqfor yoxdur.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Rayonun Salatın Əsgərova və Süleyman Rüstəm küçələrinin kəsişməsində işıqlandırma və işıqfor olmadığı üçün hər həftə burada yol-nəqliyyat hadisələrinin baş verdiyi deyilir. 

Sakinlər qeyd edirlər ki, Süleyman Rüstəm küçəsindən sürətlə gələn maşınların sürücüləri Salatın Əsgərova küçəsindən ötən avtomobilləri görmürlər və hər dəfə qəza baş verir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) resmixeber.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan ünvanda nəqliyyat şəraiti qurumun əməkdaşları tərəfindən təhlil edilib:

“Nəticəyə uyğun olaraq kəsişmədə hərəkətin tənzimlənməsi üçün təkliflər hazırlanacaq”.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir