“Real” Bellingemin maaşını artırmağa hazırlaşır

Baş səhifə

Bakı. Trend:

Madrid “Real”ı futbolçusu Cud Bellingemin müqaviləsinin
müddətini uzatmaq üzərində işləyir.

Jurnalist Matteo Moretto “Radio Marca”nın efirində yeni
müqavilənin 2030 və ya 2031-ci ilə qədər nəzərdə tutula biləcəyini
bildirib. 23 yaşlı ingiltərəli futbolçunun Madrid klubu ilə hazırkı
müqaviləsi 2029-cu ilin yayında başa çatır.




Qeyd olunur ki, müqavilənin uzadılmasında məqsəd klubun əsas
ulduzlarından biri üçün şərtlərin yenilənməsidir. Bellingem hazırda
mövsümə 20,8 milyon avro qazanır. “Real”ın hücumçusu Vinisius
Juniorun mövsümlük əməkhaqqı 31,2 milyon avro təşkil edir. Madrid
təmsilçisinin digər forvardı Kilian Mbappe də eyni məbləğdə maaş
alır. Yeni müqaviləyə əsasən, Bellingemin maaşı bu rəqəmlərə
yaxınlaşa bilər.

Bellingem “Real”a 2023-cü ilin yayında keçib. 23 yaşlı
yarımmüdafiəçi cari mövsümdə 8 oyun keçirib, 3 qol vurub və 3
məhsuldar ötürmə edib.