XİN: Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasına çalışmağa davam edəcək

Baş səhifə

“Doha Yaxın Şərqdə gərginliyin azaldılmasına çalışmağa davam edir”.

APA xəbər verir ki, bunu Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl-Tani bildirib.

“Biz gərginliyin azaldılmasına çalışmağa davam edirik. Onlar bizim qonşularımızdır. Bu, bizim taleyimizdir”, – XİN başçısı deyib.

O, mövcud böhranın həlli üçün diplomatiyanın yeganə mümkün variant olaraq qaldığını vurğulayıb.