Türkiyənin hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların nəşinin qalıqları ölkəyə gətiriləcək

Baş səhifə
Gürcüstanda təyyarə qəzasında həlak olan hərbçilərin nəşi Türkiyəyə aparılacaq

Azərbaycan-Gürcüstan sərhədində Türkiyənin hərbi yük təyyarəsinin qəzaya uğraması nəticəsində şəhid olan şəxslərin nəşinin qalıqları Türkiyənin axtarış-xilasetmə və qəza-təhlil heyətini Gürcüstana aparan A-400M tipli təyyarə ilə ölkəyə aparılacaq.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran “X” sosial media hesabında yazıb.