
Bakı. Trend:
Türkiyədə Ankara Qərb Respublika Baş Prokurorluğu tərəfindən
aparılan istintaq çərçivəsində mütəşəkkil cinayətkar dəstələrə
qarşı 5 vilayətdə əməliyyat keçirilib.
Trend bu barədə
Türkiyə KİV-ə istinadən xəbər verir.
İstintaq çərçivəsində Ankarada mütəşəkkil cinayətkar dəstə
yaradaraq 2021–2026-cı illər ərzində yaşayış evlərində, iş
yerlərində, anbarlarda, tikinti sahələrində və nəqliyyat
vasitələrində törədilmiş ağırlaşdırıcı hallarla oğurluq faktları
üzrə 87 ayrı cinayət qeydi olan, həmçinin 3 dəfə quldurluq və
soyğunçuluq hadisələrində iştirak etmiş 56 şübhəli şəxs müəyyən
edilib.
Əməliyyat qrupları həmin şübhəlilərə qarşı Ankara, İstanbul,
Eskişehir, Kocaeli və Kırşehir vilayətlərində müəyyən edilmiş 37
ayrı yaşayış ünvanında və 35 nəqliyyat vasitəsində əməliyyat
keçirib.
Əməliyyatların gedişində 37 nəfər şübhəli şəxs qismində
saxlanılıb.

