Tramp Ukrayna ilə bağlı danışıqlarda əhəmiyyətli irəliləyişlər olduğunu qeyd etdi

Baş səhifə

Bakı. Trend:

Ukraynada münaqişənin həlli ilə bağlı danışıqlarda əhəmiyyətli
irəliləyişlər müşahidə olunur.

Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə
deyib.




“Stiv, Rusiya və Ukrayna. Biz böyük irəliləyişlər əldə edirik”,
– deyə o bildirib. Tramp burada sülhməramlı missiyalar üzrə xüsusi
nümayəndəsi Stiven Uitkovu nəzərdə tuturdu.