Tramp Nyu-Yorkda Zelenski ilə görüşəcək

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp sentyabrın 22-də Nyu-Yorkda Vladimir
Zelenski ilə görüşəcək.

Bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayımlanan ABŞ
liderinin iş qrafikindən məlum olur.

Sənədə əsasən, BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi
siyasi müzakirələri çərçivəsində keçiriləcək ikitərəfli görüş Bakı
vaxtı ilə saat 21:15-də başlayacaq.




Tramp həmçinin Baş Assambleyanın sessiyasında çıxış edəcək (Bakı
vaxtı ilə saat 17:55), ABŞ administrasiyasının Danimarka və
Qrenlandiya rəhbərliyi ilə əldə etdiyi razılaşmalara dair
sənədlərin imzalanmasında iştirak edəcək, Böyük Britaniyanın Baş
naziri Endi Börnemlə (19:45) və Yaponiyanın Baş naziri Sanae
Takaiçi ilə (20:30) ikitərəfli görüşlər keçirəcək. Axşam
Nyu-Yorkdakı otellərdən birində keçiriləcək qəbul zamanı Tramp
Venesuela prezidentinin səlahiyyətli nümayəndəsi Del­si Rodrigeslə
söhbət edəcək (çərşənbə, Bakı vaxtı ilə saat 03:40).

Bundan əlavə, ABŞ Prezidentinin Bəhreyn, Qətər, Küveyt,
Birləşmiş Ərəb Əmirlikləri, Oman və Səudiyyə Ərəbistanının daxil
olduğu Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının liderləri ilə
görüşü planlaşdırılır. Tramp həmçinin ABŞ tərəfindən yaradılmış və
mütəşəkkil cinayətkarlıqla mübarizəyə yönəlmiş regional “Amerika
Qalxanı” alyansının fəaliyyətinə həsr olunmuş tədbirdə iştirak
edəcək.