Bakı. Trend:
İranın paytaxtı Tehranda hava çirklənməsinin təxminən 22 %-i
motosiklet istifadəsindən qaynaqlanır.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə Tehran Şəhər Şurasının
sədri Mehdi Çamran açıqlama verib.
Çamran bələdiyyə sessiyasında bildirib ki, çirkliliyin
azaldılması üçün motosikletlərin elektrik modellərinə keçirilməsi
vacibdir.
O əlavə edib ki, Tehranda 4 milyondan çox motosiklet var və
onların 92 %-i köhnə modeldir.

