
Bakı. Trend:
Bu gün Azərbaycanda sosial sahədə elektron keçidin təmin
edildiyini tam əminliklə deyə bilərik.
Trend xəbər
verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” adlı
beynəlxalq konfransda paneldə çıxışı zamanı deyib.
O bildirib ki, növbəti mərhələdə də bu keçid davam edəcək.
“Reabilitasiya, əlillik, sosial-psixoloji sahələrdə də süni
intellektdən geniş istifadə imkanlarımız var. Qarşıda duran
məsələlərdən biri sosial ödənişlərin tam elektron qaydada həyata
keçirilməsidir. Nazirlik olaraq süni intellektdən istifadəni
genişlənirməyi planlaşdırırıq “, – nazir əlavə edib.

