
Bakı.Trend:
Fevralın 26-da Şamaxı rayonu ərazisində 1979-cu il təvəllüdlü
Könül Eminovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat
daxil olub.
Bu barədə Trend-ə Şamaxı rayon prokurorluğundan məlumat
verilib.
Bildirilib ki, ilkin araşdırmalarla Könül Eminovanın yetkinlik
yaşına çatmayan şəxs tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr
müəyyən edilib.
Faktla bağlı Şamaxı rayon prokurorluğunda Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə)
maddəsi ilə cinayət işi başlanıb.

