“Sabah” Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib

Baş səhifə

Bakı. Trend:

“Sabah” klubu UEFA Çempionlar Liqasında növbəti oyununu
keçirib.

Azərbaycan çempionu III təsnifat mərhələsinin cavab matçında
Danimarkanın “Orxus” klubunu qəbul edib.

“Bank Respublika Arena”da oynanılan qarşılaşma “Sabah”ın 4:0
hesablı qələbəsi ilə başa çatıb. Matçda bütün qollar ikinci hissədə
vurulub. Velko Simiç, Stiv Silve, Coy-Lens Mikels və Ksander
Severina fərqləniblər.




İlk oyunda 1:2 hesablı məğlubiyyətə baxmayaraq, cavab matçında
rəqibini 4 cavabsız qolla üstələyən “Sabah” Çempionlar Liqasının
pley-off mərhələsinə yüksəlib. Komanda bununla həm də ən azı Avropa
Liqasının əsas mərhələsinə vəsiqəni təmin edib.

Qeyd edək ki, “Sabah” pley-off mərhələsində “Srvena Zvezda”
(Serbiya) – “Hapoel” (Ber-Şeva, İsrail) cütünün qalibi ilə
qarşılaşacaq. İsrail klubu ilk görüşdə 1:0 hesablı qələbə
qazanıb.